Gree markasının Azərbaycan nümayəndəsi olaraq VRF Sistemlər, Multi Sistemlər, U-Match Sistemlər, FanCoil və Çiller cihazlarının satışını həyata keçiririk.
Texniki xidmət sahəsində təcrübəli əməkdaşlarımız ilə layihələrimizdə quraşdırma və işə salma proseslərini problemsiz bir şəkildə yerinə yetiririk. Tərəfimizdən montaj edilən və işə salınan layihələrə 2 il zəmanət verilir.
Layihələrinizdə problemsiz quraşdırma və işə salma prosesini təmin etmək üçün layihəçilərimiz tərəfindən Gree markasının Selector Program təminatından istifadə edilərək bütün texniki parametrlər quraşdırmadan öncə sizə təhvil verilir.
Bundan başqa satış mühəndislərimiz tərəfindən layihələrinizə yerində baxış edilərək ən məhsuldar və ən keyfiyyətli cihaz seçimləri edilməkdədir.