+994 12 465 20 09 B.e. - Cümə 09:00 - 18:00 6, A.Rajabli-2 str. Baku, Azerbaijan, AZ 1052
Gree Markasının
Azərbaycan nümayəndəliyi

Haqqımızda

Buxar Mühəndislik

“Buxar Mühəndislik” müəssisəsinin əsası 1971-ci ildə qoyularaq  Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası kimi  fəaliyyətə başlayıb.

1994-cü ildə Təmir-Tikinti Bazasının əsasında onun hüquqi varisi olan“ Buxar Mühəndislik” şirkəti  hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.

Buxar ixtisaslaşdığı qazanxanaların təmiri və quraşdırılması sahələrində fəaliyyətini davam etdirərək təhsil, səhiyyə, sənaye, təsərrüfat sahələri üzrə müxtəlif uğurlu layihələr həyata keçirib.

50 ilə yaxın peşəkar iş təcrübəsinə malik “Buxar Mühəndislik” şirkəti  fəaliyyətini genişləndirərək buxar təchizatı, isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və avadanlıqların təchiz edilməsi sahələrini də əhatə etməkdə davam edir. Eyni zamanda fəaliyyətimizin bir qolu olan  əməkdaşlıq etdiyimiz firmaların avadanlıqlarının satışı və texniki xidmət (servis) göstərilməsi  işini də təşkil edərək bir sira iri layihələrə uğurla imza atmışıq.

Gree Azərbaycan

Gree Electric Appliances, Inc. of Zhuhai 1991-ci ildə əsası qoyulmuşdur. Şirkətin baş ofisi Çinin cənubunda Zuhaidə yerləşir. Gree-nin 9-u Çində yerləşməklə 11 istehsal bazası mövcuddur. Digər iki baza Pakistan və Braziliyada yerləşir. Bundan başqa Gree 5 yenidən qurma baza və 6 törəmə şirkətə (Lamda Compressor Co. Ltd., Gree Electrical Co. Ltd., Kaibang Motor Manufacture Co., Ltd., Xinyuan Electronics Co., Ltd, Intelligent Equipment Co., Ltd и Precision Mold Co. Ltd) sahibdir. Bu şirkətlər sayəsində Gree ən əsas detallardan ən xırda detallara qədər bütün tələbatını özü istehsal edir.

Hal-hazırda Gree şirkəti 9 institut, 52 araşdırma mərkəzi, 727 laboratoriya və 10 tədqiqatçı ilə dünya bazarında innovativ texnologiya istehsalçısı olmağı hədəfləyir. GREE ilk öncə yalnız pəncərə tipli kondisionerlər istehsal edən və illik istehsal həcmi 20 komplektin aşağısanda olan bir firma olsa da indiki dövrdə Gree məhsulları 20 kateqoriya, 400 seriya və 12700 modeli əhatə edir.

Dünyanın 160-dan çox ölkəsində satılan Gree məhsullarının 300.000.000-dan çox istehlakçısı var. Gree Electric 12247-si ixtira patenti olmaqla 29903 texnoloji patentə sahib firmadır. Bütün bunların sayəsində artıq Gree dünya bazarında Çində «istehsal edilən» yox, Çində «yaradılan BREND» kimi tanınır.