+994 12 465 70 05 B.e. - Cümə 09:00 - 18:00 6, A.Rajabli-2 str. Baku, Azerbaijan, AZ 1052
Gree Markasının
Azərbaycan nümayəndəliyi

Haqqımızda

Buxar Mühəndislik

Buxar müəssisəsinin əsası 1971-ci ildə qoyulub. Belə ki, 1971-ci ildə Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası fəaliyyətə başlayıb.

1990-cı illərdə yenidənqurma prosesindən yararlanaraq təşəbbüsü ilə müəssisə dövlətdən icarəyə götürülüb. 1994-cü ildə Təmir-Tikinti Bazasının əsasında və onun hüquqi varisi olaraq “Buxar” hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

“Buxar ixtisaslaşdığı qazanxanaların təmiri və quraşdırılması sahələrində fəaliyyətini davam etdirərək təhsil, səhiyyə, sənaye, təsərrüfat sahələri üzrə müxtəlif uğurlu layihələr həyata keçirib. 1997-ci ildə “Buxar” qanunvericiliyə uyğun olaraq özəlləşdirilib və xüsusi mülkiyyətinə verilib.

50 ilə yaxın peşəkar iş təcrübəsinə malik “Buxar” fəaliyyətini genişləndirərək buxar təchizatı, isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və avadanlıqların təchiz edilməsi sahələrini də əhatə edib. Fəaliyyətimizi daha da genişləndirilərək əməkdaşlıq etdiyimiz firmaların avadanlıqlarının satışı, quraşdırılması və texniki xidmət (servis) göstərilməsini də təşkil etmişik.

Buxar Mühəndislik şirkəti dünya markası olan Gree şirkəti ilə əməkdaşlıq edir.

Gree Azərbaycan

Gree Electric Appliances, Inc. of Zhuhai 1991-ci ildə əsası qoyulmuşdur. Şirkətin baş ofisi Çinin cənubunda Zuhaidə yerləşir. Gree-nin 9-u Çində yerləşməklə 11 istehsal bazası mövcuddur. Digər iki baza Pakistan və Braziliyada yerləşir. Bundan başqa Gree 5 yenidən qurma baza və 6 törəmə şirkətə (Lamda Compressor Co. Ltd., Gree Electrical Co. Ltd., Kaibang Motor Manufacture Co., Ltd., Xinyuan Electronics Co., Ltd, Intelligent Equipment Co., Ltd и Precision Mold Co. Ltd) sahibdir. Bu şirkətlər sayəsində Gree ən əsas detallardan ən xırda detallara qədər bütün tələbatını özü istehsal edir.

Hal-hazırda Gree şirkəti 9 institut, 52 araşdırma mərkəzi, 727 laboratoriya və 10 tədqiqatçı ilə dünya bazarında innovativ texnologiya istehsalçısı olmağı hədəfləyir. GREE ilk öncə yalnız pəncərə tipli kondisionerlər istehsal edən və illik istehsal həcmi 20 komplektin aşağısanda olan bir firma olsa da indiki dövrdə Gree məhsulları 20 kateqoriya, 400 seriya və 12700 modeli əhatə edir.

Dünyanın 160-dan çox ölkəsində satılan Gree məhsullarının 300.000.000-dan çox istehlakçısı var. Gree Electric 12247-si ixtira patenti olmaqla 29903 texnoloji patentə sahib firmadır. Bütün bunların sayəsində artıq Gree dünya bazarında Çində «istehsal edilən» yox, Çində «yaradılan BREND» kimi tanınır.