50 ilə yaxın peşəkar iş təcrübəsinə malik “Buxar” fəaliyyətini genişləndirərək buxar təchizatı, isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və avadanlıqların təchiz edilməsi sahələrini də əhatə edib. Fəaliyyətimizi daha da genişləndirilərək əməkdaşlıq etdiyimiz firmaların avadanlıqlarının satışı, quraşdırılması və texniki xidmət (servis) göstərilməsini də təşkil etmişik.
Gree dünyada nömrə 1 kondisioner istehsalçısıdır. Dünyanın 65 ölkəsinə kondisioner ixracı ilə məşğuldur və müxtəlif ölkələrdə rəsmi nümayəndəlikləri var.
Gree kondisionerləri yüksək texnologiya ilə hazırlanır. Keyfiyyətli və uzunömürlü cihazlarımız vasitəsilə layihələrinizdə yüksək səviyyədə isitmə və soyutma sistemlərini quraşdıra bilərsiniz.
Bütün növ sənayə və tikinti işlərində, binaların və böyük ofislərin havalandırma sistemlərinin qurulmasında işimizi peşəkarlıqla görürük.